"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen daha bir klubun maraq dairəsinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, indi də "Yuventus" Danimarka millisinin üzvünü istəyir.

"Qoca sinyora" hətta bununla bağlı qarşı tərəfə müraciət edib. Turinlilər 27 yaşlı orta sahə oyunçusunu qış fasiləsində heyətinə qatmaq niyyətindədi. Onunla həmçinin "Real" da maraqlanır. Ancaq "Tottenhem" də aparıcı futbolçusu ilə yeni sözləşmə imzalamaq istəyir.

Qeyd edək ki, Kristian Eriksenin "Tottenhem"lə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest