"Mən çox narahat anayam. övladım üçün daim narahat oluram, bu üzdən hər şeyi dəfələrlə yoxlayıram". Matç.az xəbər verir ki, bunu rusiyalı model İrina Şeyk deyib.

İdman dünyasında Kriştianu Ronaldonun keçmiş sevgilisi kimi tanınan rusiyalı xanım ilk dəfə analıq hisslərini bölüşüb: "Ana kimi özümə qarşı çox sərtəm. çəkilişlərdən kənarda özümü adi insan kimi aparmaq istəyirəm. Axı mən həqiqətən də adi adamam".

Şeyk gənc analara məsləhət verməkdən də qalmayıb: "Zaman çox sürətlə uçur. Anı yaşamağa cəhd eləmək lazımdı. Mən ideal deyiləm, amma çox çalışıram. Bəzən həqiqətən də tam sakitləşmək lazım gəlir. Belə də özünə qarşı sərt olmamalısan".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest