Fransanın "Nitsa" klubu gənc futbolçusu Lamine Diabi ilə müqaviləni ləğv edib. Matc.az xəbər verir ki, bu bardə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
18 yaşlı futbolçunun klubdan qovulmasına bir müddət əvvəl komanda yoldaşı Kasper Dolberqin 70 min avroluq saatını oğurlaması səbəb olub. Bir neçə gün əvvəl saatı oğurladığını etiraf edən, onu Dolberqə qaytaran Diabinin "Nitsa"dan qovulacağı ehtimal olunurdu. Daha öncə digər intizamsızlıqları da olan gənc hücumçu ilə bağlı nəhayət ki, gözlənilən yekun qərar verilib.
 
"Nitsa"nın öz yetirməsi olan Lamine, indiyə qədər bu klubun əsas komandasında cəmi 7 oyun keçirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest