Futbol üzrə İspaniya 2-ci liqasında 9-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də növbəti matçına çıxıb.
 
Sözügedən klub doğma meydanda "Rasinq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
İsrafilov da bu oyunun iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana buraxılıb.
 
"Albasete" hazırda 13 xalla 22 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest