İtaliyanın "Roma" klubunun futbolçusu Lorenso Pelleqrini sıradan çıxıb. Matc.az xəbər verir ki, İtaliya A Seriyasının 6-cı turunun "Leççe" ilə oyununda zədələnən yarımmüdafiəçi əməliyyat olunub. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Pelleqrini ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
 
Bu oyunda paytaxt təmsilçisinin daha bir futbolçusu – London "Arsenal"ından icarəyə götürülən Henrix Mxitaryan da sıradan çıxıb. Amma onun təxminən 3 həftə sonra yaşıl meydanlara qayıtması gözlənilir.
 
"Leççe" – "Roma" matçı qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest