"Ayaks"ın bir neçə futbolçusu Avropa nəhənglərinin gündəmində qalmaqda davam edir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, xüsusən də, "Real" Amsterdam klubunun oyunçularını diqqətdə saxlayır.

"Kral klubu" konkret olaraq 5 futbolçunun çıxışını izləyir. Bunlar 26 yaşlı yarımmüdafiəçi Hakim Zieş, 22 yaşlı hücumçu David Neres, 21 yaşlı müdafiəçilər Lisandro Martines, Edson Alvares və 22 yaşlı orta sahə oyunçusu Donni van de Bekdi. Sonuncu ilə hətta bir müddətdi danışıq da aparılır.

"Real"ın skautları çempionlar Liqasının qrup mərhələsində "Valensiya" ilə bu gün keçiriləcək qarşılaşmanı tribunadan canlı izləyəcək, adıçəkilən futbolçuların çıxışına nəzər yetirəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest