çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov daha bir təyinat alıb. Matc.az xəbər verir ki, o, Qətərin paytaxtı Dohada keçiriləcək "ANOC World Beach Soccer Games" turnirinin final mərhələsinin oyunlarına təyinat alıb.

Həmin yarış oktyabrın 12-dən 16-dək baş tutacaq.

Qeyd edək ki, İnqilab Məmmədov eyni zamanda Azərbaycan Premyer Liqasında oyunlar idarə edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest