Rəqiblər sabah son dəfə üz-üzə gələcəklər. Həmin görüşdə qalib müəyyənləşməsə, oktyabrın 4-də tay-breyk baş tutacaq.
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan Dünya Kubokunun finalında üçüncü görüşünü keçirib. Matc.az saytının məlumatına görə, həmyerlimiz çinli Dinq Lirenə qarşı bu dəfə ağ fiqurlarla oynayıb. Görüş 32 yaşlı qrossmeysterimizin qələbəsi ilə yekunlaşıb. Bununla, şahmatçımız ümumi hesabı bərabərləşdirib - 1,5:1,5.
Rəqiblər sabah son dəfə üz-üzə gələcəklər. Həmin görüşdə qalib müəyyənləşməsə, oktyabrın 4-də tay-breyk baş tutacaq.
Qeyd edək ki, həm Teymur Rəcəbov, həm də Dinq Liren həlledici görüşə vəsiqə qazandığından, İddiaçılar Turnirində iştirak hüququ əldə edib.