"Barselona"nın kapitanı Lionel Messi çempionlar Liqasının qrup mərhələsində qarşılaşdıqları "İnter"in hücumçusu Lautaro Martinesin alınmasını istəyir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduz dünənki qarşılaşmadan sonra rəhbərliyə bunu təklif edib.

Messi "neradzurra"nın heyətində "Nou Kamp"da fərqlənən argentinalı forvardın Luis Suaresə layiqli əvəzləyici olacağını düşünür. La Liqa təmsilçisi mövsümün sonunda 22 yaşlı oyunçunun keçidi üçün qarşı tərəflə danışıqlara başlayacaq.

Qeyd edək ki, Lautaro Martines bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 8 oyunda 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest