Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan Dünya Kubokunun finalında 4-cü - sonuncu görüşünü keçirib. Həmyerlimiz çinli Dinq Lirenə qarşı bu dəfə qara fiqurlarla oynayıb. Görüş heç-heçə yekunlaşıb.

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan Dünya Kubokunun finalında 4-cü - sonuncu görüşünü keçirib. Matc.az saytının məlumatına görə, həmyerlimiz çinli Dinq Lirenə qarşı bu dəfə qara fiqurlarla oynayıb.

Görüş heç-heçə yekunlaşıb. Bununla 4 görüşdən ibarət olan final 2:2 hesabı ilə başa çatıb. Belədə tay-brekə ehtiyac duyulub. Şahmatçılar sabah sürətli şahmatda qalibi müəyyənləşdirəcəklər.

Qeyd edək ki, həm Teymur Rəcəbov, həm də Dinq Liren həlledici görüşə vəsiqə qazandığından, İddiaçılar Turnirində iştirak hüququ əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest