çempionlar Liqasının qrup mərhələsində "Brügge" ilə keçirilən görüşdə səhhətində problem yaranan "Real"ın qapıçısı Tibo Kurtua bugünkü məşqi buraxıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, belçikalı qolkiper fərdi hazırlıqla kifayətlənib.

Komanda bu gündən etibarən La Liqanın VIII turunda "Qranada" ilə keçiriləcək oyunun hazırlıqlarına başlayıb. Baş məşqçi Zinəddin Zidan onun əvəzinə "Kastilya"dan Dieqo Altubeni əsas komandaya cəlb edib.

Qeyd edək ki, "Real" - "Qranada" matçı oktyabrın 5-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest