İtaliyanın "Sassuolo" klubunun sahibi Corcio Skuintsi vəfat edib. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Uzun zamandır xəstəlikdən əziyyət çəkən Skuintsi 76 yaşında vəfat edib.
 
Skuintsi 2002-ci ildən "Sassuolo"nun sahibi idi. Onun dönəmində klub tarixində ilk dəfə olaraq – 2015/16 mövsümündə Avropa Liqasına vəsiqə qazanmışdı.
 
"Sassuolo" hazırda A Seriyasında 6 turdan sonra 6 xalla 13-cü sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest