"Barselona"nın hücumçusu Luis Suares Uruqvay millisinin qarşıdakı oyunlarını buraxacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, cənubi amerikalılar ulduz futbolçuya bu dəfə dəvət göndərməyib.

Klubla federasiya arasında aparılan danışıqlarda tərəflər forvardın milliyə çağırılmaması yönündə razılığa gəliblər. "Barselona" rəhbərliyi oyunçunun zədədən yeni qayıtdığını nəzərə alaraq, onun bu müddətdə fərdi məşqlər keçməsinə qərar verib.

Qeyd edək ki, Uruqvay millisi oktyabrın 12-də və 15-də Peru ilə yoldaşlıq görüşü keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest