Belçikanın "Anderlext" klubunun yeni baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, komandanın "sükan"ı Frank Verkoterenə tapşırılıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 62 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.
 
Verkoteren daha əvvəl 2005-2007-ci illərdə "Anderlext"i çalışdırıb.
 
Sözügedən komanda hazırda Belçika çempionatında 9 turdan sonra cəmi 6 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest