Futbol üzrə İran çempionatında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar - "Traktor"la "Maşinsazi" də növbəti matçına çıxıb.
 
"Maşinsazi" səfərdə "Nassaji Mazandaran"la qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb – 0:0.
 
Təbrizin daha məhşur "Traktor" klubu isə doğma meydanda "Pars Janubi Jam"la qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdə minimal hesabla üstün olub – 1:0.
 
"Traktor" hazırda 14 xalla 16 kollektiv arasında 2-ci, "Maşinsazi" isə 7 xalla 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest