Futbol üzrə İtaliya A Seriyasında sentyabrın ən yaxşı oyunçusu məlum olub. Matc.az xəbər verir ki, bu, "Fiorentina"nın futbolçusu Frank Riberidi.
Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb. Riberinin mükafatı A Seriyasının 7-ci turunun "Udineze" ilə oyunundan əvvəl veriləcək.
Fransız oyunçu sentyabrda iştirak etdiyi 5 oyunda 2 qol vurub.