Futbol üzrə Fransa çempionatında 9-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.

Lider PSJ bu turda ikinci pillədə qərarlaşan "Anje"ni sınağa çəkib. Paris təmsilçisi bu oyunda 4 cavabsız qola sevinib.

"Monako" isə "Monpelye" ilə üz-üzə gəlib və daha bir məğlubiyyətlə üzləşib.

"Brest" "Mets"i, "Dijon" "Strasburq"u, "Nant" "Nitsa"nı məğlub yola salıb. "Tuluza" – "Bordo" matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.

Fransa Liqa 1
9-cu tur

4 oktyabr

Amyen – Olimpik (Marsel) 3:1
Qol: Alesami, 11. Jirassi, 41. Mendosa, 90+1 – Benedetto, 23.

5 oktyabr

PSJ – Anje 4:0
Qol: Sarabia, 13. İkardi, 37. Queye, 59. Neymar, 90.

Brest – Mets 2:0
Qol: Fassurye, 11. Kastelyetto, 45.

Dijon – Strasburq 1:0
Qol: Mavididi, 38.

Monpelye – Monako 3:1
Qol: Molle, 31. Mendes, 39. Delor, 56 – Ben Yedder, 68.

Nant – Nitsa 1:0
Qol: Simon, 86.

Tuluza – Bordo 1:3
Qol: Kuluris, 61 – De Preville, 2. Pablo, 19. Hvanq, 53.

6 oktyabr

17:00 Lill – Nim
19:00 Renn – Reyms
23:00 Sent-Etyen – Olimpik (Lion)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest