Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Matc.az xəbər verir ki, Premyer Liqanın VII turunda "Səbail"lə oyunda zədələnən "Neftçi"nin qapıçısı Səlahət Ağayev yığmadan kənarlaşdırılıb. Baş məşqçi Mirça Yurçeviç onun əvəzinə heyətə "Sumqayıt" klubundan Mehdi Cənnətovu dəvət edib.

Azərbaycan millisi Aç-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Macarıstan yığması ilə qarşılaşacaq. Bundan 4 gün əvvəl – oktyabrın 9-da isə Bəhreyn yığması ilə yoxlama oyunu baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest