Oktyabrın 6-dan 15-dək çexiyanın Ostrava şəhərində təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Matc.az xəbər verir ki, "Sabah" klubunun üzvü Rüstəm Samiqullin zədəli olduğu üçün yığmadan kənarlaşdırılıb.

Onun əvəzində hazırlıq prosesinə "Keşlə"dən Əkbər Vəliyev dəvət olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest