İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində "Brayton"a 0:3 hesabı ilə məğlub olan "Tottenhem" bu oyunda həm də ciddi itki ilə üzləşib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London klubunun qapıçısı Uqo Lyoris zədələnib. 
 
Oyunun 9-cu dəqiqəsində dirsəyindən zədələnən futbolçu, meydanı erkən tərk edib. Futbolçunun vəziyyəti və sağalma müddəti ilə bağlı məlumatın növbəti həftə olacaq həkim müayinəsindən sonra dəqiqləşəcəyi bildirilir.
 
İngiltərə mətbuatı fransalı qolkiperin qolunun çıxdığını və futbolçunun azı iki ay yaşıl meydanlardan kənarda qalacağını bildirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest