Futbol üzrə İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində "Liverpul"un "Lester Siti"yə 2:1 hesabıyla qalib gəldiyi oyun Sadio Mane üçün əlamətdar olub. Matc.az Mersisayd klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Liverpul"un ilk qolunu vuran futbolçu, "qırmızılar"ın heyətində Premyer Liqada qollarının sayını 50-yə çatdırıb. 
 
27 yaşlı futbolçu 50 qol həddinə 100 oyunda çatıb.
 
2016-cı ildən "qırmızılar"ın şərəfini qoruyan Mane, cari mövsümdə iştirak etdiyi 11 oyunda 8 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest