Futbol üzrə İtaliya A Seriyasında 7-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.

"Roma" bu turda "Kalyari"ni, "Napoli" isə "Torino"nu sınağa çəkib. Həm "Roma", həm də "Napoli" turu xal itkisi ilə başa vurub.

7-ci turun mərkəzi görüşü Milan şəhərində keçirilib. Lider "İnter" doğma azarkeşləri qarşısında "Yuventus"u qəbul edib. Turin təmsilçisi səfərdə çətin qələbə qazanmaqla həm "İnter"ə ilk xal itkisini və məğlubiyyəti yaşadıb, həm də zirvəni ələ keçirib.

Qeyd: 7-ci turun "Breşiya" – "Sassuolo" matçı "Sassuolo"nun sahibi Corcio Skuintsinin vəfatı ilə əlaqədar təxirə salınıb.

İtaliya A Seriyası
7-ci tur

5 oktyabr

SPAL – Parma 1:0
Qol: Petanya, 31.

Verona – Sampdoriya 2:0
Qol: Kumbulla, 9. Murru, 81-öz qapısına.

Cenoa – Milan 1:2
Qol: Şöne, 41 – T.Hernandes, 52. Kessye, 57.

6 oktyabr

Fiorentina – Udineze 1:0
Qol: Milenkoviç, 72.

Roma – Kalyari 1:1
Qol: çeppitelli, 31-öz qapısına – J.Pedro, 26-pen

Atalanta – Leççe 3:1
Qol: Sapata, 35. A.Qomes, 40. Qosens, 56 – Lusioni, 86.

Bolonya – Latsio 2:2
Qol: Kreyçi, 21. Palasio, 31 – İmmobile, 23; 39.

Torino – Napoli 0:0

İnter – Yuventus 1:2
Qol: Martines, 18-pen – Dibala, 4. İquayn, 80.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest