Futbol üzrə Moldova çempionatında 24-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Şerif"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Nurlan bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.
 
"Dinamo-Avto" 24 oyuna topladığı 31 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest