La Liqanın VIII turunda "Sevilya"nı böyük hesabla məğlub edən (4:0) "Barselona" əvəzində ciddi itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, müdafiəçi Ronald Arauxo və hücumçu Usman Dembele qırmızı vərəqə alıb.

Xüsusən də, ikincinin cəzası ağır ola bilər. Baş hakimə "sən çox pissən" deyən və ona əl hərəkətləri ilə jest edən Dembeleyə 2 oyunluq cəza verilməsi gözlənilir. Belə olarsa gənc futbolçu "Real"a qarşı "El Klasiko" matçını buraxacaq.

Qeyd edək ki, "Barselona" - "Real" oyunu oktyabrın 26-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest