"Lion"un hücumçusu Mussa Dembele karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Mançester Yunayted" gənc forvardın xidmətində maraqlıdı.

"Qırmızı şeytanlar" 23 yaşlı oyunçunu qış fasiləsində heyətinə cəlb etmək niyyətindədi. Premyer Liqa klubunun skautları hətta "Lion"un "Sent-Etyenn"lə görüşünü tribunadan izləyiblər. Baş məşqçi Silvinyonun heyətdə tez-tez rotasiyalar etməsi üzündən Dembele əsas heyətdə münzətəm çıxış etmir. "Mançester Yunayted" də bundan yararlanaraq, qış fasiləsində onu almağa çalışacaq.

Qeyd edək ki, 2018-ci ildən "Lion"da çıxış edən Mussa Dembele bu mövsüm Liqa1-də iştirak etdiyi 8 oyunda 6 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest