AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə çempionatlarda baş verən neqativ hallar müzakirə olunub. Matc.az saytının məlumatına görə, komitə, xüsusən də, söyüş söyən futbolçu və məşqçiləri sərt şəkildə cəzalandırıb.

U-17 Liqasının "İsgəndər Cavadov BFA" – "Qarabağ" oyununda birincilərin futbolçusu Əmrah İbadov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyunluq cəzalandırılıb.

U-14 Liqasının "Bahar Gİİ" (Beylaqan) – UGİM (Ağcabədi) oyununda komandaların baş məşqçiləri Xudaverdi Tumasovla Namiq Quliyev bir-birini söyüşə "qonaq edib". Bu üzdən çalışdırıcılar qarşıdakı 3 oyunu tribunadan izləməli olacaq.

U-13 Liqasının "Keşlə" – "Zirə" matçında meydan sahiblərinin baş məşqçisi Xəyyam Bəkirov hakimin ünvanına söyüş işlətdiyi üçün 5 oyunluq cəzaya məruz qalıb. U-15 Liqasının "Qarabağ" – "İsgəndər Cavadov BFA" oyununda "İsgəndər Cavadov BFA"nın baş məşqçisi Elşən Ələskərov analoji addıma əl atıb və eyni cəza ilə üzləşib.

U-13 Qızlar Liqasının "Fidan" – "8 â„–-li RİOEUGİM" matçında "Fidan"ın məşqçisi Yavər Rəhimov rəqibin futbolçusunu təhqir etdiyinə görə 3 oyunluq cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest