AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı yaş qrupu liqalarla bağlı sərt qərarlar verilib. Matc.az saytının məlumatına görə, bəzi komandalar texniki məğlubiyyətlə üzləşib.

U-14 Liqasının UGİM (Ağdam) – UGİM (Beylaqan) görüşünün 65-ci dəqiqəsində ikincilər meydanı tərk etdiyindən, 0:3 hesablı texniki məğlubiyyətə "layiq görülüb".

U-15 Liqasının "Qarabağ" – "İsgəndər Cavadov BFA" matçında ikincilər meydanı tərk etdiyinə görə, kluba texniki məğlubiyyət verilib və hesab olduğu kimi (1:7) saxlanılıb.

U-13 Qızlar Liqasının "Zaqatala" – "Balakən" oyununun ikinci hissəsində Zaqatala təmsilçisi meydanı tərk etdiyi ümün 0:3 hesablı texniki məğlubiyyət alıb.

Futzal üzrə I dəstənin "Baku Fans" – "Veqa" matçı baş tutmadığından, "Veqa"ya 0:5 texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest