"Zirə" rəhbərliyi və baş məşqçi Samir Abasovla görüş keçirib. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub feysbuk səhifəsi vasitəsilə yayıb.

Bildirilir ki, görüş zamanı komandanın cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub. Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.

Qeyd edək ki, Premyer Liqanın ilk dövrəsində 8 xal toplayan "Zirə" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest