"Səfərimiz yaxşı keçdi. Amma ümumilikdə, ilk dəfədi ki, heyətlə bağlı bu qədər ciddi problemlərimiz var. 3 futbolçumuz cəzalı durumdadı. 2 futbolçumuzun zədəli olması bəlli idi, son anda isə məlum oldu ki, Qara Qarayevin də zədə ucbatından sabahkı oyunu buraxacağı ilə bağlı ehtimal yüksəkdi". Matc.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç söyləyib.

Millimiz sabah Bəhreynlə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Oyun öncəsi açıqlama verən çalışdırıcının fikrincə, milli komandanın bütün qarşılaşmaları önəmlidi: "Bəhreyn yığması ilə yoldaşlıq oyununun Macarıstan millisinə qarşı keçirəcəyimiz qarşılaşmanın qlobal mənada testi, yoxlaması olduğunu düşünmürəm. Bu oyun bəzi futbolçularımızın müxtəlif aspektlərdən nə dərəcədə hazırlıqlı olmasını müəyyənləşdirmək baxımından bizim üçün vacibdi. Təbii ki, daha çox Macarıstan millisi ilə keçirəcəyimiz oyun barədə düşünürük. Hava şəraitinin, yüksək temperaturun bizim üçün problem yarada biləcəyini ehtimal etmirəm. İndiki halda iqlim şərtləri futbolçuların xarakter göstərməsi baxımından əhəmiyyət kəsb edir. İstənilən halda, milli komanda səviyyəsində əhəmiyyətsiz oyun olmur. Yoldaşlıq və ya seçmə mərhələ oyunu olmasından asılı olmayaraq, milli komandanın bütün qarşılaşmaları önəmlidi".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest