"Səfirliyə yarışla bağlı məktubu təqdim etsək də, qərar dəyişmədi. Baş verənləri nəzərə alıb, digər planımızı reallaşdırmağa çalışacağıq. Əlbəttə, çətin olacaq, amma bacaracağımıza inanıram"

Azərbaycan çempionu "Araz" bu gün futzal üzrə UEFA çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirəcək. Matc.az xəbər verir ki, təmsilçimiz Belçika çempionu "Halle Gooik"lə qarşılaşacaq. 
 
Oyunöncəsi "Araz"ın baş məşqçisi Joze Alesio Da Silva federasiyanın rəsmi saytına açıqlama verib:
 
"Bu turnirə tam fərqli hazırlaşmışdıq. Ancaq səfərə çıxan zaman fərqli, xoş olmayan "sürpriz"lə qarşılaşdıq. Dörd futzalçımıza viza verilmədi. Söhbət iranlı oyunçular Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocayedən gedir. Səfirliyə yarışla bağlı məktubu təqdim etsək də, qərar dəyişmədi. Baş verənləri nəzərə alıb, digər planımızı reallaşdırmağa çalışacağıq. Əlbəttə, çətin olacaq, amma bacaracağımıza inanıram. Məşqdən əvvəl də uşaqlara dedim ki, əsas 2 oyunu düşünməliyik və bu görüşlər üçün gücümüz var. Bu gün komandamızın üzərində təzyiq yoxdu ki, bu da rahat oynamağımıza imkan verəcək".
 
Baş məşqçi futzalçılara vizanın verilməməsinin isə üzücü olduğunu, azarkeşlərə hörmətsizlik edildiyini vurdulayıb: "Dörd oyunçumuzun bizə qoşula bilməməsi çox üzücüdü. Onlar UEFA bayrağı altında keçirilən yarışda iştirak etməyi çox istəyirdilər. Əlbəttə, bu, çempionlar Liqasının adına yaraşmadı. Təbii ki, bundan itirən futzal olacaq. Azarkeşlər ən azı maraqlı oyunlar izləmək şansından məhrum edildilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest