PSJ daha bir futbolçusu ilə bağlı qərarını verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Markinyoş komandada saxlanılıb.

Rəhbərlik braziliyalı oyunçu ilə yeni müqavilə məsələsində razılığa gəlib. Anlaşmaya əsasən, 25 yaşlı "sambaçı" tezliklə 2024-cü ilin yayına qədər nəzərdə tutulan yeni sözləşməyə qol çəkəcək. Onun hazırkı anlaşma müddəti 2022-ci ilə qədərdi.

Qeyd edək ki, Markinyoş 2013-cü ildən PSJ-nin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest