"Yuventus" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanin transferində israrını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qoca sinyora" fransalı futbolçu üçün qarşı tərəflə yenidən təmasa keçib.

İtaliya təmsilçisi mövsümün sonunda komandanı tərk etmək istəyən Poqbanı heyətinə qatmaq fikrindədi. Bunun üçün qarşı tərəfə hücumçu Mario Mandzukiç və yarımmüdafiəçi Əmrə Can təklif olunub. Hansı ki, adıçəkilən oyunçuların hər ikisi komandada əsas heyət üzünə həsrətdi.

Qeyd edək ki, Pol Poqbanın transferində maraqlı olan digər komanda "Real"dı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest