Azərbaycan milli komandasının Bəhreynlə bu gün keçirilən yoldaşlıq oyunu yığmada yeni futbolçunun debütü ilə əlamətdar olub. Matc.az xəbər verir ki, sərəncamındakı debüt şansını gözləyənlərə start heyətində şans verməyən Nikola Yurçeviç dəyişikliklərlə bunu gerçəkləşdirib.

Fasilədən sonra Abbas Hüseynovun yerinə oyuna daxil olan ömər Buludov ilk dəfə millinin heyətində meydana çıxıb. "Neftçi"nin müdafiəçisi yığmanın tarixində 234-cü futbolçu olub. 
 
Millimizin bunadək 27 illik tarixindəki 252 görüşdə 233 oyunçu şans qazanmışdı. (APA)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest