"Real" "Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksendən əl çəkmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" Danimarka millisinin üzvünün keçidində israrlıdı.

İspaniya nəhəngi 27 yaşlı futbolçunu mövsümün sonunda havayı heyətinə qatmaq niyyətindədi. Bu üzdən La Liqa təmsilçisi yanvardan Eriksenlə razılığa gəlməyə çalışacaq. Belədə orta sahə oyunçusu gələn yay "Real"a havayı keçə biləcək.

Qeyd edək ki, Eriksenin "Tottenhem"lə müqavilə müddəti mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest