UEFA bir müddət əvvəl 5 oyunluq cəzalandırdığı Xorvatiya millisinin və "Milan"ın üzvü Ante Rebiçlə bağlı yeni qərar verib. Matc.az xəbər verir ki, Rebiçin cəza müddəti 4 oyuna endirilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Rebiç, "Ayntraxt"da (Frankfurt) çıxış edərkən Avropa Liqasının pley-off mərhələsinin "Strasburq"la qarşılaşmasında (3:0) kobud oynayaraq, qırmızı vərəqə alıb və hakimləri təhqir etmişdi.
 
"Milan" bir müddət əvvəl Rebiçi icarə əsasında iki illik heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest