Türkiyənin "Dənizlispor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, bir neçə gün öncə Yücel İldizi istefaya göndərən Super Liqa təmsilçisinin rəhbərliyi bu posta Mehmet özdileki gətirib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında mövsümün sonunadək müqavilə imzalanıb.
 
Xatırladaq ki, "Dənizlispor"u 2018-ci ilin oktyabr ayından Yücel İldiz çalışdırırdı. Lakin komandanın elitadakı uğursuz çıxışı səbəbindən klub rəhbərliyi onunla müqaviləyə birtərəfli qaydada xitam verib. Komandanı Super Liqaya çıxaran bu mütəxəssisin rəhbərliyi altında elitada 7 oyuna cəmi 8 xal toplayan Dənizli klubu hazırda 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
 
Qeyd edək ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə dönəmində Super Liqanın digər təmsilçisi "Kayserispor"da da Hikmet Karamanı Samet Aybaba əvəz etdi. Aybaba da Kayseri klubu ilə mövsümün sonunadək müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest