"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Lüksemburqun "Düdelanj" klubu yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, sözügedən komanda Almaniya üçüncü liqasında mübarizə aparan "Kayzerslautern"lə qarşılaşıb.
 
Lüksemburq təmsilçisi bu oyunda 0:4 hesabı ilə məğlub olub.
 
Qeyd edək ki, "Düdelanj"la "Qarabağ" arasındakı ilk oyun oktyabrın 3-də Lüksemburqda baş tutub və Ağdam klubunun 4:1 hesablı qələbəsiylə başa çatıb. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest