AFFA-nın dəstəyi, Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə bu gündən oktyabrın 19-dək dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş futbol turniri keçiriləcək.
Turnirdə Futbol Veteranlarından, ADBTİA-nın müəllimlərindən, AFFA Hakimlər Depatamentinin üzvlərindən, Hakim-inspektorlardan təşkil olunmuş 4 komanda iştirak edəcək. Oyunlar AFFA Futbol Akademiyasının meydanında keçiriləcək.
Mənbə: affa.az