"Azərbaycanla oyunda çox yoruldum. Matçın gedişində konsentrasiyanı itirdik. Ən yaxşı konsentrasiya hücum etməkdi. Biz isə hücumlar zamanı qol imkanlarını qaçırdıq. Belə oyunlarda 1-2 qol vurmağı bacarmaq üçün daha dəqiq olmalıyam".

"Azərbaycanla oyunda çox yoruldum. Matçın gedişində konsentrasiyanı itirdik". Matc.az xəbər verir ki, bu sözləri AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyununda sonra Macarıstan yığmasının hücumçusu Roland Şallai deyib.

22 yaşlı forvard əlinə düşən qol imkanından düzgün yararlanmamasına məyus olduğunu söyləyib: "Ən yaxşı konsentrasiya hücum etməkdi. Biz isə hücumlar zamanı qol imkanlarını qaçırdıq. Belə oyunlarda 1-2 qol vurmağı bacarmaq üçün daha dəqiq olmalıyam. Baş məşqçimiz Marko Rossi mənə xüsusi tapşırıq vermişdi. O demişdi ki, qapıya zərbə üçün əlverişli imkan görən kimi çərçivəni nişan alım".

Qeyd edək ki, millimiz üzərində 1:0 hesablı qələbə qazanan Macarıstan yığması xallarının sayını 12-yə yüksəldib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest