İrimiqyaslı beynəlxalq yarışlardan sonra Milli Gimnastika Arenasında yerli turnirlərin həyəcanı yaşanıb. Matc.az xəbər verir ki, Azərbaycanın müxtəlif şəhər və bölgələrindən bədii gimnastlar 26-cı Azərbaycan və Bakı Birinciliyi və 6-cı Bölgələrarası Kubokda, aerobika gimnastları isə 5-ci Azərbaycan Birinciliyi və Bakı çempionatında birincilik uğrunda mübarizə aparıblar.
 
4 günlük yarışlarda bədii gimnastika təmsilçiləri 4 yaş qrupunda fərdi və qrup hərəkətləri proqramında, aerobika gimnastları isə 4 yaş kateqoriyası üzrə fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında çıxış ediblər.
 
Bədii gimnastika yarışlarında Bakı Gimnastika Məktəbi, "Ocaq Sport", "AyUlduz", "Zirvə International" klubları, və Respublika Kompleks İdman Məktəbinin, bölgələr arasında Xırdalan, Sumqayıt, Mingəçevir, Şirvan, Zaqatala, Qusar və Naxçıvanın, aerobika gimnastikası üzrə yarışlarda isə "Ocaq Sport" klubunun yetirmələri fərqlənənlər sırasına daxil olublar.
 
Gimnastika növləri üzrə növbəti yerli yarışlar noyabr ayında baş tutacaq. Noyabr 8-də tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və Birinciliyi, 9-da isə batut gimnastikası üzrə 5-ci Azərbaycan çempionatı və Birinciliyi təşkil ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest