"Barselona" hücumçusu Luis Suaresin alternativlərini müəyyənləşdirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, La Liqa təmsilçisinin ilk hədəfi "Mançester Yunayted"li Markus Reşforddu.

İspaniya nəhəngi 21 yaşlı forvard üçün qarşı tərəfə artıq müraciət də edib. Gənc oyunçunun bu yaxınlarda 2023-cü ilə qədər nəzərdə tutulan yeni müqavilə bağlaması da "Barsa" rəhbərliyini fikrindən yayındırmayıb.

Ancaq Reşfordun keçidi baş tutmasa, digər namizədlərə keçiləcək. Kataloniyalılar Lautaro Martines ("İnter") və Kilian Mbappe (PSJ) ilə də maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest