21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrəyə məğlub olduqları oyundan sonra fikirlərini bildirib. Serbiyalı mütəxəssis 0:1 hesabıyla bitən görüşü belə şərh edib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrəyə məğlub olduqları oyundan sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, serbiyalı mütəxəssis 0:1 hesabıyla bitən görüşü belə şərh edib:
 
"Planlaşdırdığımız kimi oynadıq. Amma təbii ki, hər şeyi meydanda reallaşdıra bilmədik. Nəticədən narazıyam. Komanda inkifaş istiqamətində bir addım atdı. Bütövlükdə oyunu yaxşı keçirdik. İsveçrəyə istədiyi kimi oynamağa imkan vermədik. Komandanı daha da inkişaf etdirmək üçün çox çalışmalıyıq.
 
Fransa ilə oyunda da, bu gün də pressinq edirdik. Növbəti oyunlarda da belə davam edəcəyik. Oyunu öz qapımızdan daha irəli çəkməyi bacarmışıq. Son iki oyunda topa sahib olma ya rəqiblə bərabər olub, ya da üstün olmuşuq. Rəqibi daha irəlidə qarşılayırıq. Futbolçularla ünsiyyətdə olmağa çalışmışıq və onlara həqiqətən futbol oynamağı bacara biləcəklərini demişik. Son iki məğlubiyyətdən sonra narazı olmalı olduqlarını demişik. Artıq detallar haqda danışmağa başlamışıq. Düzələsi çox şey var, həm müdafiədə, həm də hücumda.
 
Anton Krivotsyuk bu gün çox yaxşı idi. Yaxşı oynadı. Ancaq ilk hissədə bir neçə dəqiqə onu tribunadan fitə basdılar. Bunun nədən qaynaqlandığını bilmirəm. Gənc futbolçudu, bu, narazılıq yaratdı. Bu, yaxşı hal deyil. Onlar milli üçün mübarizə aparırlar, belə münasibət olmamalıdı. Milli komandanın heyətinə düşən və gərək duyulan bəzi oyunçular haqda məşqçilər korpusu ilə müzakirə aparırıq.
 
Azarkeşlərə təşəkkür edirəm. Futbolçular bu dəstəkdən daha çox inam qazanırdılar. Bu gün azarkeşlər bizim 12-ci oyunçumuz idi. İmkan olsa, müzakirələr aparacağıq ki, növbəti oyunları da burda oynayaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest