AVRO-2020-nin seçmə mərhələsində Ukrayna ilə qarşılaşmada fərqlənən Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo karyerasındakı rəsmi qol sayını 700-ə çatdırıb. Superulduz futbol tarixində 700 səddini keçən 6-cı futbolçu olub.

AVRO-2020-nin seçmə mərhələsində Ukrayna ilə qarşılaşmada fərqlənən Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo karyerasındakı rəsmi qol sayını 700-ə çatdırıb. Matc.az saytının məlumatına görə, superulduz futbol tarixində 700 səddini keçən 6-cı futbolçu olub.

Düzdü, onun önündə yer alan oyunçuların hamısı karyerasını bitirib. Ancaq 34 yaşlı forvardın zirvəyə yaxınlaşması çətin görünür. çünki bu baxımdan lider olan keçmiş çexoslovakiyalı Jozef Bisçanın aktivində 805 qol var. Onu 767 qolla futbol kralı Pele izləyir. Digər braziliyalı Romario 772, macar Ferens Puşkaş 746, almaniyalı Herd Müller isə 745 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, Kriştianu Ronaldo 700 qolu "Real" (450), "Mançester Yunayted" (118), Portuqaliya yığması (95), "Yuventus" (32) və "Sportinq"in (5) heyətində vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest