Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Səbail"lə qarşılaşacaq "Sumqayıt" bu oyuna hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün saat 15:30-da "Sumqayıt Arena"nın ehtiyat meydançasında növbəti məşqini keçirib.
 
Təxminən 1.5 saat davam edən hazırlıq prosesində topla müxtəlif hərəkətlər və bir sıra taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.
 
Qeyd edək ki, "Səbail" - "Sumqayıt" qarşılaşması 20 oktyabr, saat 19:30-da "ASCO Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest