Futbol üzrə İspaniya milli komandası Aç-2020-nin seçmə mərhələsinin 8-ci turunda İsveçlə qollu bərabərə qalaraq (1:1), turnirin əsas mərhələsinə vəsiqəni təmin edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, ispanlar ardıcıl 7-ci dəfədi ki, Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanır. 
 
Bu, milli komandalar arasında rekord göstəricidi. Belə ki, İspaniya millisi Aç-1996 və ondan sonra keçirilən bütün Avropa çempionatlarında iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest