21 yaşadək futbolçulardan ibarət Bosniya və Herseqovina millisinin heyəti açıqlanıb. Matç.az saytı xəbər verir ki, baş məşqçi Vinko Marinoviç Azərbaycan yığması ilə yoxlama oyununa 23 futbolçu çağırıb.

Bunlar Suan Beşiç (Anje, Fransa), Vladan Kovaçeviç (Sarayevo), Yusuf Qazibeqoviç (Lieferinq, Avstriya), Besim Şerbeçiç (Rusenborq, Norveç), Halid Şabanoviç (Sarayevo), Amar Beqanoviç (Sloboda),Vedran Vrhovaç (çelik), Nihad Mujakiç (Sarayevo), Selmir Pidro (Sarayevo), Jasmin     çelikoviç (İnter Zapreşiç, Xorvatiya), Milan Saviç (Mexelen, Belçika), Mariyan çavar (Osiyek, Xorvatiya), Zinedin Mustedanaqiç (Rujomberok, Slovakiya), Amar çatiç (PSV, Holandiya), Vladan Daniloviç (Borats), Anel Şabanadjoviç (Jelezniçar), Haris Haydareviç (Jelezniçar), Petar Boyo (Mladost), Nermin Haydareviç (GOŠK), Marko Brkiç (Zvezda 09), Stipe Yuriç (Şiroki Briyeq), Nardin Mulahuseynoviç (Maribor, Sloveniya) və Yovo Lukiçdi (Krupa).

Qeyd edək ki, Azərbaycanla Bosniya və Herseqovina yığmaları noyabrın 19-da qarşılaşacaq. Yoxlama oyunu Zenitsa şəhərində keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest