Belçika Futbol Federasiyası "Anderlext" klubunu cəzalandırıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, yerli federasiya "Anderlext"i Vensan Kompaniyə görə cərimə edib. 
 
Kompani ötən yay "Anderlext"ə oyunçu-məşqçi təyin olunmuşdu. Klubun cəzalanmasına 33 yaşlı müdafiəçinin məşqçilik üçün Pro kateqoriyasının olmaması səbəb göstərilib.
 
Belçika Futbol Federasiyası buna görə "Anderlext"ə 5 min avro cərimə kəsib.
 
"Anderlext"də bir müddət əvvəl baş məşqçi postuna Frank Verkoteren gətirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest