"Bavariya"nın futbolçusu Tomas Müller komadasını dəyişmək barədə düşünür. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, almaniyalı yarımmüdafiəçi artıq yeni komandasını da müəyyənləşdirib.

Belə ki, ulduz futbolçu qış fasiləsində "Mançester Yunayted"ə keçmək arzusundadı. 30 yaşlı oyunçu bununla bağlı "qırmızı şeytanlar"la təmasa keçib. "Bavariya"da əsas heyətə düşməkdə çətinlik çəkən Almaniya millisinin üzvü Premyer Liqa təmsilçisi ilə danışıqları davam etdirir.

Onun "Mançester Yunayted"in maraq dairəsində olması bu keçidin baş tutma ehtimalını artırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest