Almaniyanın "Borussiya" (Dortmund) klubu portuqaliyalı futbolçusu Rafael Gerrero ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
25 yaşlı müdafiəçi yeni müqaviləyə əsasən, 2023-cü ilin yayına qədər "Borussiya"nın uğurları üçün çalışmağa davam edəcək. Onun mövcud müqaviləsinin müddəti bu mövsümün sonunda bitəcəkdi.
 
2016-cı ildə Fransanın "Loryan" klubundan transfer olunan Gerrero "Borussiya"da çıxdığı 61 oyunda 10 qola imza atıb. Fransanın "Kan" klubunun yetirməsi olan Rafael, Portuqaliya milli komandasında 38 oyun keçirib, 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest