Kataloniyada baş verən hadisələr "Barselona" - "Real" görüşünün vaxtına təsir edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya Futbol Federasiyası oyunu təxirə salıb.

La Liqanın X turuna təsadüf edən "El Klasiko"nun vaxtı oktyabrın 26-dan dekabrın 18-nə keçirilib. Ancaq oyunun başlama saatı hələlik müəyyənləşməyib. Kataloniyadakı siyasi etiraz "Barselona"nın həftəsonu "Eybar"la matça səfər proqramında da dəyişiklik edib.

Qeyd edək ki, "Real" hazırda La Liqaya başçılıq edirsə, onun ən yaxın izləyicisi məhz "Barselona"dı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest